Badamlı suyunda mamır tapıldı: İctimaiyyət narahatdır
Badamlı firmasının istehsal etdiyi şüşə qablaşdırılmış suyun içində mamır tapılması ilə bağlı görüntülər yayılıb. Bu hadisə ictimaiyyət arasında narahatlıq yaradıb.
Minval.info xəbər verir ki, tanınmış teleaparıcı və jurnalist Ramal İsayev paylaşdığı videoda su şüşəsinin dibində mamır olduğunu qeyd edib. O, “Badamlı”nın yeni mamırlı suları istehsal etdiyini və bu suların istehsal tarixinin keçmədiyini bildirib.
Videoda şüşənin dibində açıq-aşkar mamırabənzər yad maddə müşahidə olunur. Ramal İsayev izləyicilərinə “Bəs siz necə, belə möhtəşəm iyrənc sulardan içmisiniz?” sualını ünvanlayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı açıqlama verərək, şüşə qablaşdırmada saxlanılan suların yararlılıq müddətinin bir ildən artıq olmamalı olduğunu vurğulayıb. O, bulaq suyunun uzun müddət saxlanıldıqda çöküntü və yosunabənzər maddələrin yaranmasının mümkün olduğunu bildirib. Hüseynov, belə bir suyun istehlak bazarında olmasının doğru olmadığını və istehsalçı şirkətin mamırların təhlükəsizliyi barədə məlumat verməli olduğunu qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir