Bacıoğlu qadınla əlbir olub dayısını qətlə yetirdi
Lənkəranda intihar etdiyi düşünülən xərçəng xəstəsinin ölümü ilə bağlı təfərrüat məlum olub.
Minval.info “oxu.az”a istinadən xəbər verir ki, şəhər sakini, 63 yaşlı Eyvaz Yusubov əvvələr məhkum olunmuş bacısı oğlu tərəfindən tamah məqsədilə öldürülüb.
Qətl hadisəsi rayonun Liman şəhəri ərazsində baş verib. Belə ki, E.Yusubovun meyiti yaşadığı Rəsul Rza küçəsindəki evində qonşuları tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb.
E.Yusubovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə aparılıb. Meyitin ilkin müayinəsi zamanı onun üzərində zorakılıq ələmətlari aşkarlanıb.
Tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş – E.Yusubovun bacısı oğlu Vidadi Hüseynov, Emil Quliyev və Vüsalə Mirzəyeva saxlanılıb.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, E.Yusubov bir müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir