Bərdədə elektrik cərəyanı ilə balıq ovlayan şəxslər saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Vəliuşağı kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunub.
Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Xaliq Cəfərov və Yunis Baxşəliyev olduqları müəyyən edilib. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var