Bərdədə baş verən dəhşətli qətlin TƏFƏRRÜATI - VIDEO
Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra özünü güllələyib. Hadisənin onlar mübahisə etdikdən sonra baş verdiyi bildirilir.
Bərdə sakini qonşusunu qətlə yetirdikdən sonra intihar edib… hadisə bu gün rayonun Şatırlı kəndində baş verib.
Kənd sakini, 59 yaşlı Namiq Hüseynov qonşusu 34 yaşlı Anar Hüseynovu kənara çagırıb və orada mübahisə edib. Bu zaman Namiq Anarı güllələyib. Anar Hüseynov hadisə yerində ölüb. Daha sonra Namiq Hüseynov təxminən 15 – 20 metr aralıda tüfənglə qəfil özünə atəş açıb. O da hadisə yerində ölüb.
Anarın valideynləri iddia edir ki, oğlu Namiqin bir qadınla münasibətdə olduğunu bilrmiş, ona görə o, Anarı güllələyib.
Valideynlərin bu iddiasına Namiq Hüseynovun ailəsindən münasibət öyrənmək istəsək də cavab bildirmədilər. Dəqiq səbəblər hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan solnra bəlli olacaq. Hazırda faktla bağlı araşdırma aparılır.
https://youtu.be/zR-ANGMzU-I
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir