23.11.2021 - 14:56
Dünya
20 baxış
BƏƏ-nin vəliəhd şahzadəsi sabah Türkiyəyə gəlir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan sabah Türkiyəyə səfər edəcək.
“Minval.info” “TRT Haber”ə istinadən xəbər verir ki, BƏƏ-nin vəliəhd şahzadəsinin Türkiyəyə səfəri ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında reallaşacaq.
Ankarada baş tutacaq danışıqlarda Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlər və iki ölkə arasında əməkdaşlığın təkmilləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılacağı da gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
19.09.2026 - 12:30
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
19.09.2026 - 11:41
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
19.09.2026 - 11:20
Nobel mükafatının məbləği rekord həddə çatdı
19.09.2026 - 09:14
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
18.09.2026 - 23:26
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
18.09.2026 - 19:35
Qızılın qiyməti yenidən yüksəlir!
18.09.2026 - 16:40
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
18.09.2026 - 13:31