“Bədənimdən çıxdım və özümü çox rahat hiss etim” — Kliniki ölüm keçirən qadın

“Ölkə,Az” xəbər verir ki, Holli adlı qadın naməlum xəstəlikdən xəstəxanada keçinib. O, bildirir ki, ölümdən sonra özünü çox rahat hiss edib:
“Mən yavaş-yavaş bədənimdən çıxmağa başladım. Bu zaman ağrı hissi yoxa çıxdı. Bu kifayət qədər asta həyata keçirdi. Sonra mən qara, soyuq və ağır bir yerə keçdim. Heç bir qorxu hissi yox idi. Daxilimdə fikirlər tez-tez dəyişirdi və mən baş verənləri asanlıqla unudurdum.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Qaranlıqda məni nəsə saxlayırdı. Amma sonra mən həyəcan keçirməyə başladım. Mən irəli hərəkət etmək istəmədim və geri qayıtmaq istədim. Çünki bu məkanın mənə yad olduğunu anlamışdım. Bu zaman parlaq işıq şüası üzərimə düşdü və məni yuxarı çəkdi. Sonra ağ işıqlı bir məkana düşdüm. Birdən mən özümü talada hiss etdim. Hər tərəfdə yaşıl ot var idi. Başımın üstündə isə mavi səma idi. Hər şey o qədər aydın və parlaq idi ki, sözlə ifadə etmək olmur. Ətrafımda harmoniya, təmiz sevgi və xoş əhval var idi. Bu, qalmaq istədiyim evin hissi idi. Mən həqiqətən də orada qalmaq qərarına gəldim, bu yer sakitçilik və rahatçılıq dünyası idi. Amma nədənsə məni geri qaytardılar və vaxtımın tam olmadığını düşündülər. Mən ayılanda üzərimdə həkimləri gördüm”.
Müasir tibb elmi bildirir ki, Hollinin yaşadıqlarını kliniki ölümə düşənlərin bir çoxu yaşayır. Bu isə reallıqdır və bunu qəbul etmək lazımdır. İnsanlar həqiqətən də belə şeyləri görürlər. Amma bir çoxları axirət dünyasına hələ də inanmırlar. Onlar iddia edirlər ki, bu görünənlər beynimizin fokuslarıdır. Oksigen çatışmadığı üçün səhv işləməyə başlayır…
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar