Azyaşlı qızları fahişəliyə cəlb edən qadın azadlığa buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Aygün Xasməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Xasməmmədovaya iki il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o məhkəmə iclas zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Aygün Xasməmmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.3-cü (insan alveri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanıb.
İş üzrə yetkinlik yaşına çatmayan iki qız zərərçəkən şəxs qismində tanınıb.
///Oxu.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir