Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
Azərbaycanda tibbi tarixə düşəcək nadir bir hadisə qeydə alınıb. Hamilə qadının dölü ananın bətnində deyil, qaraciyərində inkişaf edib.
Minval.info xəbər verir ki, bu hadisə radioloq tərəfindən ultrasəs müayinəsi zamanı aşkarlanıb və sosial şəbəkələrdə paylaşılıb. Radioloq bildirib ki, tibbdə belə hallar nadir olsa da, mümkündür.
Bu vəziyyət, mayalanmış yumurtanın uşaqlıq daxilinə yerləşmək əvəzinə qarın boşluğunda, xüsusilə də qaraciyərin səthində implantasiya edərək inkişaf etməsi ilə xarakterizə olunur. Qaraciyər nahiyəsində baş verən ektopik hamiləlik ciddi və həyati təhlükə yaradan bir vəziyyət hesab edilir. Hamiləlik vaxtında aşkarlanıb müdaxilə edilmədikdə, ananın həyatı üçün təhlükə yarana bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Bakıda küçələr və prospektlər yuyuldu
Diplomatlar Xudavəng monastırına səfər etdilər
Bakı metrosu yeni tədris ilinə hazırdır!
Bakıda metro qazıntısı: Bina boşaldılmayıb!