28.10.2026 - 12:54
Masazırda taksi sürücüsü müştərinin maşınına zərər verdi
Hadisə 169 baxış

Masazırda taksi sürücüsü müştərinin maşınına zərər verdi

Publika.az-ın məlumatına görə, “Bolt” taksi şirkətinin sürücüsünün müştərinin avtomobilinə zərər vurması ilə bağlı şikayət daxil olub. Hadisə oktyabrın 23-də, gecə saat 00:30 radələrində Masazırda baş verib.

Şikayətçi bildirib ki, “Bolt” tətbiqi vasitəsilə ayıq sürücü çağırıb. Lakin sürücü avtomobili hərəkətə gətirərkən maşının ön sağ buferini əzib. Zərərçəkən sürücüdən dəymiş zərəri kimin ödəyəcəyini soruşduqda, sürücü şirkətlə əlaqə saxlamağı məsləhət görüb və sığorta mövcudluğunu qeyd edib.

Şikayətçi növbəti gün “Bolt” şirkəti ilə əlaqə saxlayıb, lakin yazışmalar zamanı müxtəlif səbəblər göstərilib. Şirkət, sürücünün işə qəbul edilərkən məsuliyyəti barədə məlumatlandırıldığını bildirib.

Zərərçəkən isə “Bolt” vasitəsilə çağırdığı sürücünün avtomobilinə vurduğu zərərin həlli üçün şirkətin məsuliyyət daşımalı olduğunu düşünür. Onun fikrincə, şirkət məsələni sürücü ilə həll etməli və müştəriyə dəstək göstərməlidir.

Şikayətçi baş ofisə də müraciət etdiyini, lakin problemin həll olunmadığını bildirir. Hadisədən sonra vaxt itirməsinə baxmayaraq, zərərin ödənilməsi ilə bağlı konkret nəticə əldə edə bilmədiyini qeyd edir. “Bolt” şirkətinə məsələ ilə bağlı sorğu ünvanlanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: