28.10.2026 - 11:54
İsraildə milli birlik hökuməti qurulacaqmı?
Siyasət 148 baxış

İsraildə milli birlik hökuməti qurulacaqmı?

İsrailin siyasi səhnəsində gərginliklər artırken, Benyamin Netanyahu tərəfindən təklif edilən “milli birlik hökuməti” ideyası gündəmi zəbt edib. Bu təklif, 2026-cı ilin iyul ayında Netanyahu tərəfindən irəli sürülmüşdü və son günlərdə daha çox müzakirə olunmağa başlanıb.

Minval.info xəbər verir ki, İsrail mətbuatı Prezident İsaak Herzogun da 2019-2020-ci illərdə üç seçimin keçirilməsi ilə bağlı ssenarinin təkrarlanmaması üçün Netanyahu və Eizenkotun bu hökumətə rəhbərlik etməsini dəstəklədiyini bildirir. Herzog, bu addımın ölkəni siyasi qeyri-sabitlikdən qurtaracağına inanır.

İsrailin ultra-sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir də Netanyahu ilə əlaqələrinin gərgin olduğunu və onun “milli birlik hökuməti” qurmaq istəyində olduğunu iddia edir. Ben-Qvir, Netanyahu tərəfindən kənarlaşdırılmağa çalışıldığını düşünür.

Netanyahu və Eizenkot hər nə qədər belə bir hökumət qurmağı planlamadıqlarını bəyan etsələr də, bu ehtimal tamamilə rədd edilmir. İsrail mətbuatı, Ben-Qvirin insan haqlarına zidd hərəkətləri səbəbindən beynəlxalq ictimaiyyətin təpkisini çəkdiyini və bu səbəbdən yeni hökumətdə yer almayacağını bildirir.

Eizenkotun isə Netanyahu ilə yenidən koalisiya qurmaq üçün əvvəlki təcrübələrdən dərs aldığı və müəyyən təminatlar istədiyi qeyd edilir. Xüsusilə, ABŞ və İsrailin İranla bağlı hər hansı yeni təxribatlarının müxalifəti “milli birlik hökuməti” üçün masaya oturmağa məcbur edəcəyi ehtimal edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: