28.10.2026 - 13:14
Vəzifəli şəxslər xidməti avtomobildən istifadə edə bilməyəcəklər
Siyasət 219 baxış

Vəzifəli şəxslər xidməti avtomobildən istifadə edə bilməyəcəklər

“Maraqlar toqquşması haqqında” qanun layihəsində dövlət və bələdiyyə əmlakından istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilir. Publika.az-ın məlumatına görə, Milli Məclisdə müzakirəyə çıxarılacaq bu qanun layihəsi vəzifəli şəxslərin dövlət və bələdiyyə əmlakından şəxsi maraqları naminə istifadə etməsini qadağan edir.

Qanun layihəsi dövlət resurslarından şəxsi maraqların xidməti fəaliyyətə təsirinin qarşısını almağa yönəlib. Layihənin 4-cü maddəsinə əsasən, vəzifəli şəxslərin xidməti vəzifələrini şəxsi məqsədlər üçün istifadə etməməsi əsas tələblərdən biri kimi təqdim olunur.

Sənəddə maraqlar toqquşmasının idarə edilməsi zamanı şəffaflıq, hesabatlılıq, dürüstlük və dövlət və ictimai maraqların üstünlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır.

Əgər qanun layihəsi qəbul edilərsə, bu müddəalar dövlət və bələdiyyə resurslarından istifadəyə nəzarətin gücləndirilməsi ilə nəticələnəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: