28.10.2026 - 12:34
Kim Çen In ordunu müharibəyə hazır olmağa çağırdı
Dünya 183 baxış

Kim Çen In ordunu müharibəyə hazır olmağa çağırdı

Publika.az-ın məlumatına görə, Şimali Koreya lideri Kim Çen In orduya müharibəyə hazırlıq üçün fasiləsiz hərbi təlimlər keçirmək əmri verib. Bu barədə məlumatı Koreya mətbuatı yayıb.

Kim Çen In Koreya Xalq Ordusunun rota komandirlərinə bölmələrin tam döyüş hazırlığını təmin etmələrini tələb edib. Onun fikrincə, bu məqsədə nail olmaq üçün davamlı və intensiv hərbi təlimlər əsas vasitədir.

Şimali Koreya lideri vurğulayıb ki, komandirlər yüksək döyüş qabiliyyətinə, möhkəm inqilabi əqidəyə və vətənpərvərlik ruhuna malik hərbi bölmələr formalaşdırmalıdırlar. O, ordunun gücünün təkcə müasir silahlarla deyil, həm də şəxsi heyətin hazırlığı və ayrı-ayrı bölmələrin döyüş imkanları ilə müəyyən olunduğunu qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: