"Azərişıq" ASC-nin strukturunda dəyişikliklər edilib

Nazirlər Kabineti “Azərişıq” ASC-nin strukturunda dəyişikliklər edib.
Minval.İnfo“Report”-a istinadla xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədovimzalayıb.
Qərara əsasən Nazirlər Kabinetinin 2018-ci il 1 iyun tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda aşağıdakı dəyişikliklər edilib:
Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) – İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri (2.5-ci bənd) “Zərdab, Kürdəmir, Sabirabad və Saatlı” sözləri “Zərdab və Kürdəmir” sözləri ilə əvəzlənib.
2.7-ci bənd (Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) – Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri) Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Lənkəran) – Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri ilə əvəz olunub.
Bununla yanaşı, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturuna Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) – Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri yaradılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda su kollektorunun problemi niyə həll olunmur?
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi