Azərbaycanlının restoranında dava: Ərəblərlə dalaşdılar - Səbəb
Srağagün Rusiyanın Yekaterinburq şəhərində dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirilən Misir-Uruqvay matçından sonra xoşagəlməz anlar yaşanıb.
Musavat.com-un məlumatına görə, oyundan sonra Yekaterinburqun mərkəzində yerləşən “Perekryostok” restoranında ərəblərlə cənubi amerikalılar arasında dava düşüb. Təsadüfən resotarana hər iki tərəfin azarkeşləri gəliblər.
Mənbəmizin dediyinə görə, əslində hər şey qaydasında imiş. Amma uruqvaylılardan biri ərəblərə atmaca ataraq onları qızışdırıb. Bundan sonra dava başlayıb. Amma qısa zamanda tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Yekaterinburqun Aviatorlar küçəsində yerləşən bu restoran “Şəhriyar MMC”-yə məxsusdur. Obyektin sahibi isə Əzimov İslam Şahab oğludur. Onun şəhərdə eyni adlı bir neçə obyekti var.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kliniki ölüm keçirən ateist Tanrıya inandı
Zərdabda ailə faciəsi: Beş nəfər yanaraq öldü
Gürcüstandan qalxan təyyarə Rizedə dənizə endi
Şəkidə faciə: İstirahət mərkəzlərində təhlükə artır
Şimalda dəhşətli qəza: 5 nəfər öldü
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi