“Azərbaycanlılar gözəl qızları dərhal “gözaltı” edirlər” - Ukraynalı deputat

“Ukraynada gözəl qızlar çoxdur, azərbaycanlılar da istiqanlı Şərq milləti kimi gözəl qızları dərhal “gözaltı” edirlər. Biz ukraynalılar belə şeylərə çox müsbət baxırıq”.
Minval.İnfo-nun məlumatına görə, bunu “Report”a müsahibəsində Ukrayna Ali Radasının Ailə, gənclər, idman və turizm siyasəti üzrə komitəsinin sədri Artur Palatnı bildirib.
Komitə sədri deyib ki, Bakıya gələndə təyyarədə çoxlu ukraynalı gənclər, oğlan və qızlar vardı: “Yəni aradakı münasibətlərin bu qədər səmərəli inkişafını yalnız alqışlamaq olar”.
A. Palatnı ölkələrimiz oxşar problemlərlə üzləşdiyini vurğulayıb: “Sizdə Dağlıq Qarabağ, bizdə Donbas məsələsi var. Bu gün gənclərimiz arasında əlaqələrin günü-gündən genişləndiyini nəzərə alsaq, yaxın gələcəkdə ukraynalı və azərbaycanlı gənclərin işğal altındakı əraziləri azad etmək, ölkələrinin suverenliyini bərpa etmək uğrunda birgə səylər göstərəcəyini istisna etmirəm. Mən həmçinin inanıram ki, yaxın illərdə Ukraynanın tarixi torpaqları azad olunacaq, işğalçı qüvvələrdən və qondarma LNR-in, DNR-in tör-töküntülərindən təmizlənəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ərdoğan xalqa müraciət edəcək
Rusiya ordusunu bu fond maliyyələşdirirmiş - ŞOK
Dünya böyük fəlakətlə qarşı-qarşıya: hər an partlada bilərlər
İndoneziya prezidenti ölkənin paytaxtını dəyişmək istəyir
Ərə getmək istəmədi, küçədə öldürüldü – VİDEO
Rusiyada turizm mövsümü gec bitəcək