Azərbaycanlı “vor zakon” tutuldu - Bakıya gətirildi
İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.
Minval.info anews.az saytına istinadən xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin yazıb.
Məlum olduğuna görə, azərbaycanlı şəxs Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.
“Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və “vaxtını boş yerə itirməyib” – Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır”, – Yenin yazıb.
Ukrayna Milli Polisi başçısının birinci müavini Vyaçeslav Abroskin özünün “Facebook” səhifəsində yazıb ki, saxlanılmış şəxs “vor zakon”ların fəaliyyəti ilə bağlı vacib ifadələr verib.
“Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”, – Abroskin yazıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir