Azərbaycanlı tələbə dünyaca məşhur əməliyyat sistemində iki kritik xəta aşkarlayıb
BANM-in təhsilini ABŞ-də davam etdirən məzunu dünyaca məşhur “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan universitetləri feysbuk səhifəsi məlumat yayıb.
Bildirilib ki, Bakı Ali Neft Məktəbindən 2022-ci ildə məzun olmuş və hazırda Mərkəzi Florida Universitetində Kibertəhlükəsizlik üzrə doktorantura təhsili alan Sənan Həsənov cəmi beş ay ərzində yazdığı proqram vasitəsilə “Linux” əməliyyat sistemində iki kritik boşluq tapıb.
Mərkəzi Florida Universitetinin rəhbərliyi, kibertəhlükəsizlik laboratoriyası və “Linux” proqramçıları təşəkkür və təbriklərini Sənan Həsənova çatdırıblar.
Qeyd edək ki, Sənan Həsənov Bakı Ali Neft Məktəbinin “proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasından illik 100 000 dollardan çox təqaüdlə birbaşa Mərkəzi Florida Universitetinin doktorantura pilləsinə qəbul almışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?