Azərbaycanlı rüşvət verdi, rusiyalı prokuror işdən qovuldu
Rusiyanın baş prokuroru Yuri Çayka Sankt-Peterburqun Moskva rayon prokuroru Vladimir Rebonu işdən azad edib.
Oxu.Az “Kommersant” saytına istinadən xəbər verir ki, 2010-cu ildən bu vəzifəni icra edən prokurorun işdən azad edilməsinə səbəb onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi olub.
Prokuror Rebonun işdən azad edilməsi azərbaycanlının rüşvət verməsi epizodu ilə bağlıdır. Belə ki, Moskva rayonunda dələduzluqda ittiham olunan Azərbaycan sakini tutulub. İstintaq hesab edir ki, o, rayon prokurorluğunun apardığı yoxlama zamanı 95 min avro rüşvət verib.
Qeyd edək ki, Sankt-Peterburqda ən nüfuzlu rayon prokurorlarından hesab olunan Vladimir Rebonun əmisi Mixail Rebo Almaniyadakı yəhudi icmasının rəhbərlərindən biridir. Onun Avropanın böyük mafiya qrupları ilə də əlaqəsinin olduğu bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!