Azərbaycanlı qanuni oğrular Kiyevdə saxlanıldılar – Video
Kriminal aləmdə “Dato Ağcəbədinski” tanınan kriminal avtoritet Cavid Məmmədov Ukraynada saxlanılıb. Lent.az-ın crimtime.ru-ya istinadən məlumatına görə, Cavid Məmmədov mayın 5-də paytaxt Kiyevdə saxlanılaraq ölkədən 3 il müddətinə deportasiya edilib.
Onunla birgə “İlqar Dmanisski”nin də saxlanıldığı bildirilir. İstanbuldan gələn “İlqar Dmanisski” ləqəbi ilə tanınan İlqar Əliyevi isə Borispol hava limanında saxlayaraq geri göndərib.
Məlumatda qeyd edilir ki, Cavid Məmmədov Ukraynada bir sıra iri ticarət mərkəzləri ələ keçirmək üçün bu ölkədə adamlarını yerləşdirmək niyyətində olub.
Lakin Ukrayna Xüsusi Xidmət Orqanları tərəfindən saxlanılan “Dato Ağcəbədinski” ölkədən çıxarılıb. Onun hansı ölkəyə deportasiya edildiyi məlum deyil.
Bundan başqa digər azərbaycanlı qanuni oğru İlqar Əliyevdə bu günlərdə Ukraynadan deportasiya edilib. Belə ki, İstanbul-Kiyev reysi ölkəyə gələn İlqar Əliyev hava limanında saxlanılaraq geri qaytarılıb.
Qeyd edək ki, “Dato Ağcəbədinski” C 1985-ci il martın 14-də Ağcabədidə anadan olub.
Bir müddət sonra o, Moskvaya köçüb. Burada kriminal aləmə qoşulub.
2002-ci ildə Moskvada bir nəfəri öldürməyə cəhddə təqsirləndirilərək həbs edilib. Moskva şəhər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə kriminal aləmdə böyük rəğbət qazanan gənc azərbaycanlı yenidən məhkəmə qarşısına çıxarılır. Moskvanın Kolomenski rayon Məhkəməsi Cavidi 2006-cı ildə Rusiyanın ən ağır cəzaçəkmə müəssisəsi olan “Vladimir Sentral”a göndərirlər. O, cəzasının yerdə qalan 3 ilini qapalı həbsxanada çəkir.
“Vladimir Sentral”da cəza çəkən Cavid Məmmədov burada kriminal avtoritetlərlə birgə münasibət qurur. Onunla eyni dövrdə həbsxanada Merab Suxumski, Bitya Tbiliski, Avto Kopala, Laça Celadze kimi “oğrular” cəza çəkib.
O, türmədə dövrün tanınmış oğrularından Laçi Celadze ilə (Raça) dostluq eləməyə başlayıb.
Cavid Məmmədov 2009-cu ildə azadlığa çıxıb.” Raça” Cavidi oğru aləmində Dato Kutaiski və Zaza Ambroladze kimi tanınan nüfuzlu kriminallarla tanış edir. Bundan sonra hər 3 qanuni oğru Cavidə dəstək verirlər.
Daha sonra Cavid bir çox kriminal hadisələrin iştirakçısı olur.
2013-cü iyunun 27-də Yunanıstanda keçirilən “sxodka”da Dato Kutaiski, Zaza və Şikora Cavidə “qanuni oğru” adı verib. Həmin “sxodka”da Caviddən başqa, həmçinin, Kaxa Kaxetinski, Leki Rustavinski, “Stalin” ləqəbli Uqrelidze, Papuna Kutaiski, Badraçuna oğru adını alıb.
Lakin “Lotu Quli” Cavidin oğru adını almasını qəbul etməyib. N.Səlifov bildirib ki, yalnız o, azərbaycanlılardan kimin bu ada layiq olduğuna qərar verə bilər.
Minval.info
https://www.youtube.com/watch?time_continue=37&v=0m_RNm3EQC8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BP-nin sərxoş işçisini soydu - 7 minlik saatı 10 manata satdı
Azərbaycanda toyda hərbçi öldürülüb - Hadisənin təfərrüatı
"18 yaşlı qızı zorlayıb, qətl törətdi..." ŞOK İFADƏ
Azərbaycanda narkotacir qardaşlar tutuldu - VİDEO
Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib
Bakıda şok hadisə: "Səni arvadımla tutdum, 5000 manat verməlisən"