Azərbaycanlı milyarderlərlə bağlı Statistika Komitəsindən AÇIQLAMA
“Forbes” jurnalı və kütləvi informasiya vasitələri hər il ölkələr üzrə milyarderin siyahısı açıqlayır.
Azərbaycanın ən varlı adamlarına gəlincə, bu haqda yalnız ehtimallar var.
Belə ki, Azərbaycanda neçə milyarder, neçə nəfər multimilioner, neçə nəfər milyoner olması haqda statistika açıqlanmır. Bu sırada yalnız dövlət məmurlarının, monopolist biznesmenlərin adları çəkilir.
Bu da ölkədə kölgə iqtisadiyyatının, korrupsiya və inhisarçılığın olması ilə bağlıdır. Müstəqil iqtisadçı ekspertlərin hesablamalarına görə, Azərbaycanda da təbəqələşmə sürətlə böyüyür, rəsmi məlumatlar isə, bunun əksini bəyan edir. Bizdə milyarderlərin, milyonerlərin statistikası gedirmi? Bizdə nə qədər milyoner var? Sosial təbəqələşmə ilə bağlı statistika necədir?
Bizimyol.info-nun əməkdaşı bu suallarla Dövlət Statistika Komitəsinə informasiya sorğusu göndərilib.

Sorğuya cavabda bildirilib ki, bu məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
”Artıq düşmən qarşısında şaxsey-vaxseyi yığışdırmaq lazımdır və..."
Nazirdən pensiya yaşının azaldılması təklifinə REAKSİYA
Hərbçilərin ildə bir dəfə pulsuz müalicə olunması təklif edilir
Türkiyədə sənədsiz yaşayan azərbaycanlılara — ŞAD XƏBƏR
Ölkədə son günlər yoluxma niyə artır? - Səbəb açıqlandı
