Azərbaycanlı milyarderdən gözlənilməz açıqlama
“OPEC+ razılaşmasının sonrakı taleyi aprel ayından sonra, İrana qarşı sanksiyalarla bağlı vəziyyət aydınlaşandan sonra məlum olacaq”. Sputnik Azərbaycan Rusiya KİV-nə xəbər verir ki, bunu Soçidə keçirilən Rusiya İnvestisiya forumunun kuluarlarında “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov bildirib.
“Hər şey apreldə İran ətrafında vəziyyətin necə olmasından asılı olacaq. Bu, sanksiyaların nə qədər güclü olmasından asılı olacaq”, – deyə Ələkbərov qeyd edib.
OPEC və təşkilata üzv olmayan digər ölkələr ötən ilin dekabrında 2018-ci ilin oktyabrında olan göstəricidən gündəlik neft hasilatını 1,2 milyon barel həcmində azaltmağa dair qərar qəbul edib.
Bu razılaşmaya əsasən, OPEC-ə üzv 11 ölkə gündə neft hasilatını 812 min barelə -25,94 milyon barel endirməli idi. Bu ilin yanvarında bu ölkələr hasilatı gün ərzində 698 min yəni 26,05 milyon barelə qədər endirib.
Bununla da, OPEC ölkələri yanvar ayında razılaşmanı 86% səviyyəsində edib. Venesuela, Liviya və İran neft hasilatını azaltmaqdan azad edilib.
Qeyd edək ki, İran hazırda ABŞ sanksiyalarının altındadır. Bu sanksiyaların məqsədi İranın neft ixracını sıfıra endirməkdir. OPEC-də olan mənbələrin sözlərinə görə, İranda gün ərzində neft hasilatı 4 min barel yəni 2,75 milyon barelə düşüb.
Venesuelada da neft hasilatı 59 min barel azalaraq 1,1 milyon barelə, Liviyada isə gün ərzində 52 min barel azalaraq 895 min barelə düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ