Azərbaycanlı mafiya lideri İstanbulda belə SAXLANILDI - VİDEO
İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan azərbaycanlı “mafiya lideri” Ənbər Sadıxov dünən gecə İstanbulda həbs edilib.
Minval.info xəbər verir ki, İstanbul polisinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməliyyatçıları Fatihdəki otellərdən birində əməliyyat keçirib. Otelə basqın zamanı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən mütəşəkkil qruplaşma lideri olmaqda, dələduzluq və digər cinayətlərdə ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilən Sadıxov saxlanılıb.
Sadıxov Azərbaycana ekstradisiya ediləcək. O, 3 fərqi cinayətə görə axtarılırmış. Qeyd edək ki, saxlanılan şəxsin ötən il Maltəpə həbsxanasından Ərzurum həbsxanasına aparılarkən yolda qaçdığı da üzə çıxıb. O, 2017-ci ildə Türkiyədə soyğunçuluq cinayətinə görə həbs edilib.
Minval.İnfo
https://www.dailymotion.com/video/x6stfc0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
