Azərbaycanlı iş adamını Türkiyədə öldürdülər
Antalyada azərbaycanlı iş adamının yataq otağında cansız bədəni tapıldı.
Antalyanın Finike bölgəsində portağal ticarəti ilə məşğul olan azərbaycanlı, 64 yaşlı Məcid Nuxiyev yataq otağındakı dolabda elektrik naqiliylə boynundan asılı vəziyyətdə tapılıb.
Minval.info xəbər verir ki, fevral ayından bu yana tək yaşayan azərbaycanlı Məcid Nuxiyevdən xəbər ala bilməyən ev sahibi , dünən saat 16:00 radələrində evə gedib. Ev sahibi, qapının açılmaması və evdən ağır iy gəlməsi səbəbindən polisə xəbər verib. Verilən xəbərdən sonra evə baxış üçün gələn polislər dəhşətli mənzərə ilə qarşılaşıblar. Belə ki, Məcid bəy geyim dolabından elektrik naqili ilə asılı vəziyyətdə idi.
Polislərin apardıqları ilkin araşdırmalardan şəxsin 5-6 gün əvvəl öldüyü təxmin edilir. Məcid Nuxiyevin cansız bədəni müayinə ücün Antaliya Tibb qurumunun morquna göndərilib. Məhkəmə baş verən hadisə ilə bağlı araşdırma başladıb.
Məcid Nuxiyev həm də Ukraynanın Lvov şəhərində yaşayırmış və burada Azərbaycan diasporunun rəhbəri olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir