02.02.2019 - 13:35
Dünya
21 baxış
Azərbaycanlı iş adamı güllələndi - Foto
Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.
Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.
Minval.info report-a istinadən xəbər verir ki, hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə qeydə alınıb. Onun kimlər tərəfindən qətlə yetirildiyi hələlik müəyyənləşməyib.
R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.
İş adamının meyiti ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
19.09.2026 - 12:30
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
19.09.2026 - 11:41
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
19.09.2026 - 11:20
Nobel mükafatının məbləği rekord həddə çatdı
19.09.2026 - 09:14
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
18.09.2026 - 23:26
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
18.09.2026 - 19:35
Qızılın qiyməti yenidən yüksəlir!
18.09.2026 - 16:40
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
18.09.2026 - 13:31