Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununu idarə edəcək
Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Minval.info-nun Report-a istinadən məlumatına görə, Xudiyev Monteneqronun “Sutyeska” və Ermənistanın “Alaşkert” komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə iş başında olacaq. O, Alen Byeri, Yan Kobeli, Sertac Kurnazka və Urs Şnayderdən ibarət isveçrəli hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə bolqarıstanlı İvan Lekov təyin edilib.
İyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki “Qradski” stadionunda keçiriləcək “Sutyeska” – “Alaşkert” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Daha bir təyinat isə AFFA baş katibinin müavini Sərxan Hacıyevə gəlib. Hacıyev Belarusun “Şaxtyor” (Soliqorsk) və Polşanın “Lex” komandaları arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa təyinat alıb. O, UEFA nümayəndəsi təyin edilib. Sven Oddvar Moen, Kim Tomas Hoqlund, Maqnus Lundberq və Espen Andreas Eskasdan ibarət norveçli hakimlər briqadasının işinə xorvatiyalı İqor Pristovnik qiymət verəcək.
Bu görüş iyulun 26-da Soliqorsk şəhərindəki “Budivelnik” stadionunda təşkil olunacaq və saat 21:30-da start götürəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
Trampın İnfantino ilə bağlı başqa planı varmış
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
“Azərlotereya” çempion axtarır!
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb