Azərbaycanlı dünya çempionu Ərdoğanın qələbəsinə qurban kəsdi: “Onun pərəstişkarıyam” - Foto
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, kinq-boks üzrə dünya çempionu Güloğlan Cabbarov Türkiyədə keçirilmiş prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması münasibətilə qurban kəsib.
Güloğlan Cabbarov bununla bağlı deyib:
“Mən gəncliyimdən Ərdoğanın pərəstişkarıyam. Onun fəaliyyətini izləyirəm. Onu İslam dünyasının xilaskarı kimi görürəm. Mərd, cəsur siyasətçidir. Beynəlxalq arenada müsəlman, türk dünyasının maraqlarını qoruyur. Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Cənab prezident İlham Əliyevin onu ilk təbrik etməsi qardaşlığımızın təcəssümünü, birliyini göstərdi. Allah hər iki lideri qorusun”.(modern.az)
Minval.info

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!