Azərbaycanlı bloqerlər vergi ödəməli olacaq

Vergilər Nazirliyi sosial şəbəkələrdəki gəlirlərdən vergi ödənilməsini təklif edir.
Minval.İnfo-nun abc.az saytına istinadən xəbər verir ki, bununla bağlı Vergilər nazirliyinin Vergi siyasəti idarəsinin direktoru Əvəz Quliyev açıqlama verib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə reklamdan gəlir əldə edən bir çox məşhur insanlar vergi ödəməkdən yayınır.
“Qanunvericiliyə əsasən, bu insanlar da kommersiya fəaliyyəti ilə məşğul olan digərləri kimi, xüsusi ilə də fiziki və hüquqi şəxslər, 18% ƏDV-dən əlavə 10% gəlir vergisi ödəməlidir. Əgər bir şəxs vergi orqanlarında qeydiyyatdan keçməyibsə və sosial şəbəkədə nağdsız şəkildə reklamdan gəlir əldə edirsə, o zaman bank sözügedən əməliyyata görə 18% ƏDV tutur”, – deyə A. Quliyev bildirib.
Onun sözlərinə görə, əgər reklam sifarişçisi xarici vətəndaş və ya şirkətdirsə, onda yerli rezidentlər də Azərbaycan vergilər qanunvericiliyənə əsasən vergi ödəməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?