Azərbaycanın iki şəhərindən qızları aldadıb Türkiyəyə apardılar - Qadın alveri...
İnsan alverində təqsirləndirilən Məsdan Dadaşova və Gülnarə Məhərrəmovanın cinayət işləri üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işləri üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. M.Dadaşovanın işi hakim Rasim Sadıxov, G.Məhərrəmovanın işi isə Azad Məcidovun icraatına verilib.
Əldə etdiyimiz məlumata görə, 1962-ci il təvəllüdlü Məsdan Dadaşova 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarınadək zərərçəkmişləri Türkiyənin Aksaray şəhərinə aparıb. Zərərçəkmişlər 1982-ci il təvəllüdlü G.S, 1983-cü il təvəllüdlü G.S və 1987-ci il təvəllüdlü K.K-dır. Onların hər üçü Sumqayıt şəhərində yaşayıblar. Məlumata əsasən, Məsdan Dadaşova hər üç qurbanını növbə ilə Türkiyənin qeyd olunana şəhərinə aparıb və orada onları fahişəliyə cəlb edib. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha artıq şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan olunub.
Digər təqsirləndirilən şəxs 1975-ci il təvəllüdlü Gülnarə Məhərrəmovanın əməlindən isə 4 qadın zərər çəkib. Onlar 1985-ci il təvəllüdlü Z.B, 1989-cu il təvəllüdlü S.Q, 1997-ci il təvəllüdlü Z.T və 2001-ci il təvəllüdlü Ə.M-dır. Onların hər biri Şəmkir rayonunda yaşayıblar. G. Məhərrəmova 2019-cu ilin fevral ayından 2021-ci ilin fevral ayınadək qurbanlarını Türkiyənin Balıkesir şəhərinə, Burhaniye qəsəbəsinə aparıb. Daha sonra onları müxtəlif kişilərlə cinsi istismara sövq edib.
G. Məhərrəmova barəsində də Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha artıq şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Kitabı kinodan çox sevdim… Heyif, o cavanlıqdan…” - Məşədi İbadın Gülnazı
Arvadının 24 yaşlı oğlanla xəyanət şəkillərini gördü və... - Ağdaşda DƏHŞƏT
"Taksi qiymətləri bahalaşacaq" - Tarif tətbiqinin təsirləri - ŞƏRH
Rusiyalı milyonçuları kimlər öldürür?
Yaşlı qadın Bulvarın tualetində yaşayır
Türkiyədə 5 azərbaycanlı qadını fahişəliyə cəlb edən şəxslər danışdı