Azərbaycanın bu universitetlərində təhsil alanların nəzərinə - "Diplomlarınız tanınmayacaq"
Türkiyənin Ali Təhsil qurumu Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.
Minval.info bidirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov redaktor.az-a məlumat verib. O, bildirib ki, əsas səbəb kimi FETÖ hadisələri göstərilir:
“Təəssüflər olsun ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb”.
Ekspert bildirib ki, yeni qərara əsasən bu universiteti bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?