Azərbaycanda yeni şəxsiyyət vərəqəsi veriləcək — FOTO
“Ölkə.Az”ın xəbərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.
Bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilir.
Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi planlaşdırılırdı.
Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pirəkəşküldə zəhərli ilanlar evləri bürüdü
Günel Ziyadova: Analıq və həkimlikdə çətinliklər
Bakı Hərbi Kollecinin kursantı faciəvi şəkildə vəfat etdi
Azərbaycanda ətin qiymətinə subsidiya dəstəyi!
Bakubus-un ikinci deposu siyahıdan çıxarıldı
Azərbaycan-Qazaxıstan dəniz marşrutu yenidən bərpa olunur
Alkoqollu içkilərə yeni gömrük rüsumları tətbiq edildi
