Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
Bu ilin sonunadək Azərbaycanda daha beş “ASAN Xidmət” mərkəzi açılacaq.
Bunu Trend-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri Ülvi Mehdiyev deyib.
Ü.Mehdiyevin sözlərinə görə, mərkəzlər Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə açılacaq:
“Beləliklə, mərkəzlərin sayı 20-yə çatacaq və ölkənin böyük hissəsini əhatə edəcək. Hazırda həmin rayonlarda tikinti işləri davam edir. Mərkəzlərin bu ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir”.
Ü.Mehdiyev əlavə edib ki, “ASAN Xidmət”ə alternativ xidmətlər ləğv olunub və bu da onu ifadə edir ki, dövlət orqanları öz xidmətlərini “ASAN Xidmət” vasitəsilə göstərəcək:
“Əhatə dairəsi kifayət qədər genişdir. Gələcəkdə tələbat yaranarsa, biz digər, yeni növ xidmətlər də göstərməyə hazır olacağıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?