Azərbaycanda yenə hamilə bir qadını döydülər və... - FOTO - VİDEO

Lerikdə hamilə qadın həyat yoldaşı və qaynı tərəfindən döyülüb.
Minval.İnfo xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gecə Lerikin Orand kəndində baş verib. Kənd sakini, 24 yaşlı Zakirə Fərəcova həyat yoldaşı Talıb Fərəcov və qaynı tərəfindən döyülüb. O, döyüldükdən sonra gecə saat 3 radələrində ağır vəziyyətdə özünü atasının evinə çatdırıb, həyətə çatanda isə huşunu itirib.
Zakirə Fərəcova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada qadına 13-14 həftəlik hamiləlik və sağ gözün hemotoması diaqnozu qoyulub. Daha sonra o, müayinə olunmaq üçün Diaqnostika Mərkəzinə göndərilib.
Atasının sözlərinə görə, Zakirə Fərəcova bibisi oğluna ərə gedib. Bundan əvvəl də oxşar hal baş verdiyindən qızın atası Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Hazırda Zakirə Fərəcova komadadır.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qida tələbatı 50 faiz artır: Azərbaycan nə edəcək?
Bakıda 27 istiqamətdə nəqliyyat sıxlığı yaşanır
Bakıdakı 9 mərtəbəli yataqxana təmirə hazırlanır
Xətai rayonunda üç küçə bağlanır!
Azərbaycan sahibkarları Çində xidmət ixracını genişləndirir
Məktəbli formalarının qiymətləri: Valideynlər nə qədər ödəyəcək?
Sabunçuda lift kartları bloklandı: Səbəb borclardır!