Azərbaycanda üzərində Ermənistan bayrağı olan eynək satılır - Video
Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyi satılır.
Minval.info xəbər verir ki, fakt Xırdalandakı mağazaların birində qeydə alınıb. Həmin mağazaya eynək almağa girən bir müştəri üzərində düşmən ölkənin bayrağının təsviri olan gözlüyü görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb.
“Xəzər Xəbər” məsələnin izi ilə gedib, sözügedən mağazanı tapıb. Həmin eynək Xırdalanda “Təzə bazar” adlanan ərazidə yerləşən ”Real optika” adlı mağazada satılır. Satıcılar eynəyin dünənə qədər mağazada satışda olduğunu etiraf ediblər. Onların sözlərinə görə, məsələ barədə müdiriyyətə məlumat verildikdən sonra eynək satışdan yığışdırılıb.
Məsələ ilə bağlı özünü mağazanın sahibi kimi təqdim edən Ənvər adlı şəxslə telefon əlaqəsi saxlanılıb. Həmin şəxs bildirib ki, sözügedən eynəyin üzərində Ermənistan bayrağının təsviri olmasından xəbərsiz olub.
Minval.info
https://www.youtube.com/watch?v=_qFUCkzhgFk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 25 nəfərin ölümünə görə qadın həkim hakim qarşısında - ŞOK FAKT
Putinin mətbuat katibi İçərişəhəri gəzdi — FOTO
Tanınmış “TikTok” ulduzu Pakistandan Bakıya qaçdı - Fotolar
Bakıda çörəkdə təhlükəli xəstəlik aşkarlandı
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
Çağrışçıların həqiqi hərbi xidmətə yola salınması davam edir