Azərbaycanda universitetə və 60 evə ziyan dəyib - Sərt havanın fəsadları
Ötən axşamdan başlayaraq əsən şiddətli külək və yağan yağış Zaqatalada 60 evə ziyan vurub.
Bu barədə trend-ə rayon Rayon Fövqəladə Hallar Komissiyyanın (FHK) sədri Tofiq Əhmədov məlumat verib. Onun sözlərinə görə, müraciətlər hələ də durmadan artır və bu, son rəqəm deyil:
“Sərt hava şəraiti əsasən Kebeloba, Car, Ziliban və Axaxdərə olmaqla, ümumilikdə 12 yaşayış məntəsində müşahidə olunub. Leysan xarakterli yağış, əsən güclü külək kənd təsərrüfatı, o cümlədən yeni əkilmiş sahələrə ciddi ziyan vurub”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
T. Əhmədov qeyd edib ki, dağətəyi ərazilərdəki həyətyanı sahələr və zirzəmilərə su dolub, dam örtükləri uçub. İşıq, qaz və su təsərrüfatına da ziyan dəyib:
“Gecədən indiyə kimi Rayon Fövqəladə Hallar Komisiyyasının nümayəndələri iş başında olub və hələ də müxtəlif ərazilərdədirlər. Şəhər və kəndlərdə 100-dən çox ağac aşması ilə yanaşı, 4 çoxmərtəbəli yaşayış binası, İslam Universiteti, müxtəlif qurumların binaları və 60 yaşayış evinə ziyan dəyib”.
FHK sədri əlavə edib ki, şəhər ərazisində su xəttinin partlaması səbəbindən bir müddət suyun verilişində məhdudiyyətlər yaranıb: “Günorta saatlarında suyun verilişi bərpa olunub. Ziyan görmüş avtomobillərin sayı isə hələ tam məlum deyil. Hazırda dəymiş ümumi ziyanın həcmi hesablanır”.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var