Azərbaycanda toyda yığılan pullar OĞURLANDI
Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edən Mollakənd kənd sakini C.İsayev iyulun 28-də kənd ərazisindəki şadlıq saraylarının birində keçirilmiş toy məclisində dəhlizdə quraşdırılmış qutudan 4700 manat pulun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Qacılı kənd sakinləri Tərlan Mazanov və Ruhan Bəşirzadə olduqları müəyyən edilib.
Oğurlanmış pulların bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı