Azərbaycanda tanınmış iş adamı dünyasını dəyişib
Azərbaycan quşçuluq sənayesinin tanınmış mütəxəssisi Ərəstun Abbasov dünyasını dəyişib.
Minval.info xəbər verir ki, Ərəstun Abbasovun ölümünə səbəb ürək tutması olub.
Ölkənin quşçuluq sahəsi üzrə mütəxəssisi əmək fəaliyyətinə Biləsuvar (keçmiş Puşkin) rayonunun “Oktyabr” kolxozunda baytar həkim kimi başlaylb. Sonradan rayonun quşçuluq fabrikinin baş baytar həkimi, Cəlilabad quşçuluq fabrikinin direktor müavini, Dəvəçi rayon quşçuluq fabrikinin direktoru, Siyəzən rayon quşçuluq fabrikinin baş direktoru, Prezident Aparatında şimal zonası üzrə dövlət müşaviri vəzifələrində çalışıb.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan Quşçuluq Sənayesi Şirkətinin prezidenti təyin edilib. Struktur islahatları çərçivəsində Şirkət ləğv edilənədək, 5 il bu vəzifədə fəaliyyət göstərib.
Ondan sonra da sahəsinin peşəkarı kimi müxtəlif fabriklərdə direktor, direktor məsləhətçisi kimi quşçuluq sənayeseinin inkişafında böyük xidmətlər göstərib.
Xatırladaq ki, Ərəstun Vəlican oğlu Abbasov 1949-cu il noyabrın 13-də Biləsuvarda dünyaya gəlib. Bu gün mərhumun üçüdür. Ərəstun Abbasov rayonda xeyriyyəçi kimi də tanınırdı. Evlidir. Üç övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi