Azərbaycanda tələbə biletləri ilə bağlı yenilik - VİDEO
Azərbaycanda tələbə biletlərinin, eləcə də tələbə təqaüdlərinin verilməsi formasının dəyişdirilməsi nəzərdə tutulub. Yeni kart çoxfunksiyalı olacaq.
Minval.info xəbər verir ki, yeni biletlər təkcə tələbələrin universitetdə oxuduqlarını təsdiqləyən sənəd rolunu oynamayacaq.
Bu biletdən həm də ödəniş kartı kimi istifadə etmək mümkün olacaq.
İstər dövlət, istərsə də tədris müəssisələrinin verdiyi təqaüdlər həmin kartlara köçürüləcək. Bundan başqa, bu vəsiqələrlə tələbələr müxtəlif əməliyyatlar edə biləcəklər.
Türkiyədə təhsil almağın ən ucuz, sərfəli yolu və sirləri – MÜTLƏQ OXUYUN!
Millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyir ki, dünya ölkələrində bu təcrübədən uzun müddətdir istifadə olunur.
Tələbələr də çoxfunksiyalı biletlərin tətbiqini müsbət qiymətləndirirlər. Bu onların işlərini xeyli rahatlaşdıracaq.
Qeyd edək ki, bu məsələ “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda öz əksini tapıb.
https://www.youtube.com/watch?v=rlI0E-7Xf4w
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?