Azərbaycanda siqaretlər bahalaşdı - YENİ QİYMƏTLƏR
Ötən gündən paytaxtın bir sıra iri market və məhəllələrarası kiçik mağazalarında siqaretlərin qiymətində artım olub.
Bəzi siqaretlər mağazalarda fərqli qiymətlərə təklif edilir.
Məsələn, bəzi mağazalarda “Winchester” daha əvvəl 2.80 AZN-ə, bu gün isə 3.10 AZN-ə satılır. 2 AZN-ə təklif edilən “LD” siqaretləri isə 2,40 AZN-ə qalxıb. “Winston XS” siqaretlərinin qiyməti 2.80 AZN-dən 3.20-yə qalxıb. Digər siqaretlərin qiymətlərində təxminən 30-40 qəpik arasında bahalaşma müşahidə edilir.
Bu proses 1 həftə öncədən başlayıb. Minval.info xəbər verir ki, firmalar mağazalara bu barədə öncədən məlumat veriblər. Mağaza sahiblərinin sözlərinə görə, gələn həftədən etibarən siqaretlərin qiymətləri kütləvi olaraq bahalaşacaq.
Onu da qeyd edək ki, böyük marketlərdə siqaretlər köhnə qiymətlərlə satılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi