Azərbaycanda rektor vəfat etdi
Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedeqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənli uzun sürən xəstəlikdən sonra vəfat edib.
1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olan Oruc Həsənli ölkəmizdə pedeqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. AMEA-nın müxbir üzvü olan professor O.Həsənli 200-dən artıq elmi əsər, kitab və monoqrafiyanın müəllifi kimi də tanınır.
2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.
Oruc Həsənli Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub/Report.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti həftə ərzində 1,2% ucuzlaşıb
Mingəçevirdə bir sıra fəsadlar baş verib — FOTO
Maska taxmayan sürücülər də cərimələnir? - AÇIQLAMA
Vasif Talıbov təhsil nazirini işdən çıxardı
Fəhlənin sexdə ölməsinə görə 3 nəfər həbs edildi
Davamçı gənclər şəbəkəsinin formalaşdırılması prosesi davam edir
Məhkəmə kriminal avtoritetlə bağlı qərarını elan edib