Azərbaycanda ər evdən qaçan xanımını iş yerində öldürdü
Sumqayıt şəhərində əri tərəfindən bıçaqlanan qadın xəstəxanada vəfat edib.
Minval.info publika.az-a istinadən xəbər verir ki, mayın 3-də şəhərin Nəriman Nərimanov küçəsində yerləşən mərkəzi bazarda 1972-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Kişi daha sonra bıçaqla özünə də xəsarətlər yetirib. Onların ikisi də xəstəxanaya yerləşdiriliblər.
Lakin G.Əmənova ötən gecə vəfat edib.
Qeyd edək ki, hadisədən əvvəl əri ilə dalaşan qadın acıq edərək atası evinə gedib. Bundan sonra həyat yoldaşı onun ticarət mərkəzində işlədiyi eynək dükanına gəlib. O, evdən getmiş xanımını bıçaqlayıb.
Artıq hadisəni törədən şəxs tutulub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir