Azərbaycanda qısqanc ər arvadını qayınatasının evində bıçaqladı - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi Ağcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.
Minval.info xəbər verir ki, Unikal.org hadisənin təfərrüatlarını öyrənib. Məlumata görə, 1992-ci il təvəllüdlü Quliyev Rüfət Təvəkkül oğlu 29.08.2019-cu il tarixində gecə saat 03:00 radələrində qaynatısının Şənlik kəndindəki evinə gəlib. Arvadı ilə aralarında qısqanclıq zəmnində yaranan mübahisə zamanı o, yataq otağında üzərindəki bıçaqla həyat yoldaşının sol döş nahiyəsinə və buduna zərbə vurub. Sonra Rüfət Quliyev hadisə yerini tərk edib. Vüsalə Quliyevanı valideynləri Ağcabədi rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Quliyev Rüfət Təvəkkül oğlu Azərbaycan Respublikası CM-nin 126-ci maddəsi ilə tutulub. Hazırda cinayət işi başlanılıb, istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir