Azərbaycanda polis atası olan yüksək vəzifəli şəxslər - SİYAHI

Bu gün Azərbaycan polisinin 100 illik yubileyidir.
Minval.İnfo Unikal.org-a istinadən övladları polis orqanlarında çalışan məmurlardan bir neçəsini təqdim edir:
Baş nazir Novruz Məmmədovun oğlu Daxili İşlər orqanlarında çalışır. Polis polkovnik-leytenantı İsmayıl Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisidir.
Daxili İşlər Naziri Ramil Usubovun böyük oğlu Emil Usubov da DİN-də yüksək vəzifə tutur. O, Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi vəzifələrini daşıyır.
Nazirin digər oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.
Baş nazirin müavini Əli Həsənovun yeganə oğlu Emin Həsənov Binəqədi Rayon Polis İdarəsinin rəis müavinidir.
Millət vəkili Elman Məmmədovun oğlu Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu da polis rəisidir. Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışır.
Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin oğlu Binəqədi rayonunda mühafizə polisinin rəisidir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Vüsal Qaraşov, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisidir, polkovnik-leytenantıdır.
Millət vəkili Aqil Abbasın oğlu Tuncay Abbasov, Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məcburi köçkünlərə şad xəbər - RƏSMİ
“Azərsu” rəsmisi: “Məcbur olub yağış sularını idarə edirik”
Üç günlük hava proqnozu
Azərbaycanda kriminal avtoritetin məhkəməsi başladı
Dünən yanan ikimərtəbəli ev keçmiş deputatın imiş...
Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb