Azərbaycanda orta məktəb şagirdi kollec tələbəsini qətlə yetirib - Təfərrüat
Qazax rayonunun Çaylı kəndində qətl hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, 1999-cu il təvəllüdlü yerli sakin Cələddinli Rahil Sübhan oğlu 17 yaşlı Qocayev Məhərrəm Kamran oğlu tərəfindən qətlə yetirilib.
Hadisə borc üstündə baş verib. Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayeva təqribən 25-30 manat pul borc verib. R.Cələddinli pulunu geri tələb etdikdə, M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub. Nəticədə M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.
Hadisəni törədən şəxs isə saxlanılıb.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir