Azərbaycanda nişan məclisində kütləvi zəhərlənmə olub
Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib.
Minval.info report-a istinadən xəbər verir ki, hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:
Aşurov Osman Şahlar oğlu 2004-cü il təvəllüdlü Mingəçevir şəhər sakini
Aşurova Xumarə Anar qızı 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini
Aşurova Mətanət Ramiz qızı 1982-ci il təvəllüdlü Ağdaş rayon sakini
Aşurova Səidə Şahlar qızı 2003-cü il təvəllüdlü
Nəbiyeva Zinyət Ələddin qızı 1961-ci il təvəllüdlü Mingəçevir şəhər sakini
Mirzəliyeva Şəfa Elnur qızı 1952-ci il təvəllüdlü Mingəçevir şəhər sakini
Mirzəliyeva Şəfəq Təhməz qızı 2014-cü il təvəllüdlü Mingəçevir şəhər sakini
Əldə edilən ilkin məlumata görə qonaqlarda mədə pozuntusu ” Paytaxt “salatından istifadə olunandan sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO