Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü – ŞOK
Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbir zamanı Azərbaycanın Mədəniyyət nazirinin müavinlərindən biri ilə ailə dostu arasında dava olub.
Bununla bağlı Demokrat.az-a sözügedən tədbirin iştirakçısı məlumat verib.
Əldə etdiyimiz məlumata görə, dava nazir müavininin münasibətdə olduğu və həmin tədbirdə bərabər iştirak etdiyi xanıma görə baş verib. Belə ki, nazir müavininin ailə dostu olan şəxs sevgilisi olan xanımı sözügedən məclisdə görən zaman, onunla dalaşıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.
Məsələyə polis müdaxilə edəndən sonra, dava ilə bağlı iş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırılıb.
Sözügedən şəxslərin adları ilə bağlı hazırda dəqiqləşdirmə aparırıq. Yaxın vaxtlarda oxuculara əlavə məlumat veriləcək.
Qeyd edək ki, nazir müavininin sevgilisi olan həmin xanım vaxtı ilə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Mədəniyyət naziri Anar Kərimov müavininin həmin xanımla qeyri-rəsmi münasibətdə olduğunu öyrənəndən sonra sözügedən xanımı vəzifəsindən azad edib. Hazırda həmin xanım başqa bir dövlət qurumunda çalışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prokuror 18 yaşlı Mehdini qətlə yetirən gəncə 18 il cəza istədi
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu saxlanıldı
Toz-duman gözləri zəiflədir? - Oftalmoloq şərh etdi
Şəhidin həyat yoldaşına verilən ev niyə geri alınıb? - VİDEO
Sabah hava necə olacaq?
Yağışlı havada baş verən dəhşətli qəzalar – YENİ REAL VİDEO