Azərbaycanda narkotik qəbul edib avtobus sürən sürücü tutuldu - FOTO

Cəlilabadda içi sərnişinlə dolu mikroavtobusun narkotik vasitə qəbul etmiş sürücüsü saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəlilabad rayonu ərazisində 3 saylı marşrut xətti üzrə hərəkətdə olan 15-BP-496 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobusun sürücüsü qaydanı pozduğu üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Bu zaman mikroavtobusun sürücüsü olan Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Oqtay Abbasovun ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı müəyyən olunub, eyni zamanda, hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinəyə dəvət edilib.
Müayinə zamanı O.Abbasovun narkotik vasitə qəbul etdiyi məlum olub.
O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBayram Məmmədovun ailəsini sarsıdan cinayət: Qardaşı saxlanıldı
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu