Azərbaycanda saatların irəli çəkilməsi çaşqınlıq yaratdı - VİDEO

Azərbaycan 2016-cı ildən qış və yay vaxtına keçiddən imtina edib. Yəni yazda və payızda irəli-geri çəkilən saat sistemi ləğv olunub.
Minval.İnfo xəbər verir ki, ancaq buna baxmayaraq yenə bu gün səhər saatlarında bəzi mobil telefon və kompüterlərdə saatlar 1 saat irəli çəkilib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Ekspert Rövşən Əkbərov bildirir ki, bəzi cihazlarda vaxtın dəyişməsinə səbəb onların saat sisteminin ən son olaraq Azərbaycanda yay vaxtının ləğv olunmasından öncə tənzimlənməsidir.
Adətən “ağıllı” və məlumatlarını daim yeniləyən cihazlarda saat problemi yaşanmayıb və yaşanmayacaq. Ancaq bəzi mobil cihazlarda günəşdən səmərəli istifadədən imtina etməklə də saatın dəyişməsinin qarşısını almaq olar.
Onu da qeyd edək ki, yay və qış vaxtı rejimindən istifadə insanlarda əlavə psixoloji problemlər və gərginlik yaratdığından Azərbaycan 2 il öncə vaxt dəyişməsindən imtina edib. /xezerxeber.az
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Minval.İnfo
ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı