Azərbaycanda kütləvi zəhərlənmə - Dövlət rəsmiləri hadisə yerində
Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Qida Təhlükəsizliyi Agentliyindən “Report”a verilən məlumata görə, hadisə ötən gün rayonun Səydimli kəndində Rasim Həsənova məxsus pambıq sahəsində qeydə alınıb.
Bildirilir ki, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə-müayinə işləri davam etdirilir.
Yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgəyə ezam olunub. Hadisənin baş verdiyi pambıq sahəsindən və digər sahələrdən laboratoriya üçün nümunələr götürülüb. Araşdırmalara başlanılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kliniki ölüm keçirən ateist Tanrıya inandı
Zərdabda ailə faciəsi: Beş nəfər yanaraq öldü
Gürcüstandan qalxan təyyarə Rizedə dənizə endi
Şəkidə faciə: İstirahət mərkəzlərində təhlükə artır
Şimalda dəhşətli qəza: 5 nəfər öldü
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi