Azərbaycanda kriminal avtoritet tutuldu - Fotolar
Cəlilabad rayonunda 2 gün əvvəl baş verən silahlı insidentin iştirakçılarından daha bir neçəsi saxlanılıb və onlardan xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.
“Qafqazinfo” xəbər verir ki, kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini Şahin Həsənova məxsus yaşayış evindən 2 ədəd tüfəng, 2 ədəd əl qumbarası, binokl, 5 barmaq, 1 ədəd avtomat patronu, axtarışı davam etdirilən Səxavət Həsənova məxsus evdən 2 ədəd əl qumbarası, eyni zamanda Şahin Həsənova məxsus “Audi Q7” markalı avtomobildən 8 ədəd patron olan “Makarov” tipli tapançanın 1 ədəd darağı aşkar edilərək götürülüb.
Hazırda həmin insidentdə digər şəxslərin iştirakının müəyyən edilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, ötən gün isə insidentin digər bir iştirakçısı İlqar Həsənov saxlanılmış və onun üzərində 1 ədəd AKSU markalı avtomat, onun darağı və 8 ədəd patron aşkar edilmişdi.
Minval.info




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir