Azərbaycanda əkizlər qəbul imtahanında eyni balı topladı - Foto
Kürdəmir rayonu, Şilyan kənd orta məktəbinin məzunları olan əkiz bacılar – Nuranə və Aynurə Əhmədovalar qəbul imtahanında da eyni balı – 490 bal toplayıblar. Bu barədə sosial şəbəkədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.
Şilyan kənd orta məktəbinin direktoru Talıb Cahangirov “Qafqazinfo”ya məlumatı təsdiqləyib. Direktor bildirib ki, bacılardan biri – Nuranə Əhmədova I qrupa, Aynurə Əhmədova isə II qrupa imtahan verib.
“İkinci qrupa imtahan verən Aynurə əvvəlcə dizayner olmaq istəyirdi, amma sonra fikrini dəyişdi, indi tarix və coğrafiya müəllimi olmaq istəyir. Digər bacı isə riyaziyyat-informatika müəllimliyini seçib”, – deyə T. Cahangirov bildirib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?